Proteinli məhsullar
Proteinli məhsullara xüsusilə idmançılar və idman həvəskarları üstünlük verir. Buna baxmayaraq tərkibində protein olan hər bir qida vasitəsi və məhsul hər kəs üçün faydalı təsirlərə malikdir. Protein itirilmiş enerjinin bərpasına kömək edir və əsas güc mənbəyidir.
Ecoproduct Proteinli məhsulları
İstər səhər yeməyi, istərsə də çantanızda gəzdirə biləcəyiniz atıştırmalıq batonlar, bir-birindən fərqli və şirin proteinli məhsullarımız uşaqdan böyüyə hər bir ağız dadına uyğundur. Vitalia proteinli batonlar, Proteinli peçenyelər – hər biri sizin sağlam qida menyunuzun ən sevimli şirniyyatları və enerji verən qidaları olacaq.
Xüsusilə fiziki aktiv həyat tərzi ilə seçilən və idmana üstünlük verən şəxslər Vitalia Proteinlərini seçməlidirlər.
İnsan orqanizmi üçün protein niyə vacibdir?
Protein insan orqanizminin normal və balanslı fəaliyyətinin davam etməsi, ümumiyyətlə sağlam yaşamaq üçün vacibdir. Bəs proteinin faydaları nələrdir?
Proteinli məhsulların faydaları:
- Bu məhsullar tox tutur (həm də lazım olan enerjini bərpa edir)
- Sümükləri qoruyur
- Metabolizmi sürətləndirir
- Əzələlərin zəifləməsinin qarşısını alır
- Yüksək təzyiq probleminin baş qaldırmasına qarşı profilaktik tədbir görür və s.
Proteindən məhrum olan orqanizmdə bu cür əlamətlər hiss oluna bilər: saçların zəifləməsi və qırılması, dırnaqların qırılması, dəridə quruluq, tez sinirlənmək və əhval dəyişiklikləri, yuxusuzluq əlamətlərinin baş qaldırması və s. narahatlıqlar
Əgər sağlam həyat tərzi sürmək istəyirsinizsə, sağlam qidalanmağa və ekoloji təbii qida vasitələrini seçməyə üstünlük verin.
English
Русский
Xlebsilər
Şokoladlı xlebsiler
Toxumlar
Çay
Popcorn
Səhər yeməkleri
Protein Batonları
Yulaf Batonları
Peçenyələr
Diyetik Cemlər
Bitki Südləri
Mineral sular
Çərəz Batonları
Premium Şokoladlar
Krekerlər
Təbii Şəkər/Stevia